BMU əməkdaşlarının dissertasiya işləri növbəti mərhələyə buraxılıb

18 Mart 2021
BMU əməkdaşlarının dissertasiya işləri növbəti mərhələyə buraxılıb

Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin Riyaziyyat kafedrasının müdiri, dosent Rakib Əfəndiyevin 1211.01-Diferensial tənliklər ixtisasında “Öz-özünə qoşma olmayan Hill operatoru üçün düz və tərs məsələlər” mövzusunda  riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilib. Müzakirə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz”, “Diferensial tənliklər” və “Qeyri-harmonik analiz” şöbələrinin birgə iclasında baş tutub.

Bununla yanaşı, BMU-nun Riyaziyyat kafedrasının müəllimi Çinarə Hacıyevanın 1202.01-Analiz və funksional analiz ixtisasında “Hipersinqulyar inteqral operatorların approksimasiyaları və onların tətbiqləri” mövzusunda riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi gerçəkləşib. Dissertasiya işinin müzakirəsi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarının iclasında təşkil olunub.

Hər iki dissertasiya işi müdafiə üçün növbəti mərhələyə buraxılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər